"Barselona"da 37 illik rekord qırdı!

La Liqada7-ci turda "Barselona" "Rayo Valekano"nu Messi və Neymarın vurduğu 2 qolla məğlub etdi.

Newsport.az xəbər verir ki, bu nəticə ilə La Liqada geridə qalan 7 turda qol buraxmayan "Barselona" klubunun qapıçısı Klaudio Bravo 37 illik rekordu qırmağı bacarıb. Daha öncə isə 1977-78-ci il sezonunda "Barselona"nın qapıçısı Artola düz 561 qəqiqə öz qapısını toxunulmaz saxlaya bilmişdi.

Bu nəticədən sonra "Barselona"  19 xalla La Liqada liderliyini davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right