Türkiyə millisinin üzvü rəsmən Braziliya klubunda FOTO

Türkiyə milli komandasının üzvü, son olaraq Şotlandiyanın "Seltik” komandasında forma geyinən Kazım Kazımın yeni komandasının adına rəsmən aydınlıq gəlib. 
Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli futbolçu Braziliya A Seriyasında mübarizə aparan "Koritiba” klubu ilə razılıq əldə edib.

 
Belə ki, o, bu gün yeni komandası üçün tibbi müayinədən keçib. Sözügedən prosesin ardından futbolçunun meneceri Braziliya mətbuatına açıqlama verib. Agent Kazım üçün bir neçə ölkədən təklif aldıqlarını bildirib: "Kazım üçün bir neçə ölkədən təklif almışdıq. Amma Kazım "Fənərbaxça”da sabiq komanda yoldaşı Alekslə çox yaxın dostdur. Kazım Kazım klub və şəhər haqqında ondan məlumat aldı. Onun "Koritiba”da olmasında Aleksin böyük rolu var”.
 
Qeyd edək ki, Kazım Kazımın yaxın günlərdə "Koritiba” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right