Necati Ateş “Qalatasaray”a qayıtmaq istəyir: "Prezidentlə danışmışam"

Türkiyə milli komandasının sabiq forvardı, son olaraq PTT I liqasında mübarizə aparan "Karşıyaka”nın formasının geyinən Neati Ateş gələcək planları haqqında danışıb. 
 

Newsport.az-ın məlumatına görə, 36 yaşlı futbolçu "Qalatasaray”a qayıtmaq istədiyini bildirib: "Cim bom”un prezidenti Dursun Özbəklə görüşdüm və doğma komandama qayıtmaq istədiyimi ona bildirdim. Hazırda azad agent statusu daşıyıram və daha 2 il futbol oynamaq niyyətindəyəm. Bu barədə "Qalatasaray”ın qapıçısı Fernando Muslera və kapitan Selcuk İnanla danışmışam. Hər ikisi dönüşümə razıdı. Seluk "kaş ki, "Qalatasaray”a qayıtsan...” dedi”.
 
Necati "Qalatasaray”ın transfer etmək istədiyi futbolçunun da adını açıqlayıb. Forvard bildirib ki, "cim bom” "Bursaspor”da forma geyinən Sərdar Əzizi rənglərinə bağalamaq istəyir. 
 
Qeyd edək ki, Necati karyerası ərzində 2 dəfə "Qalatasaray”ın formasını geyinib. O, 2004-09 və 2012-ci ildə İstanbul nəhənginin uğurları üçün çalışıb. Forvard komanda ilə birgə 2 dəfə Türkiyə Super Liqasını (2005/06, 2011/12), Türkiyə kubokunu (2004/05) və Türkiyə superkubokunu (2012) qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right