Millimizin və "Fortuna"nın futbolçusu Tuğrul Erat klubunu dəyişməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, Düsseldorf təmsilçisi ilə müqaviləsi başa çatan 23 yaşlı futbolçuya "Duysburq" klubu rəsmi təklif göndərsə də, Erat bunu qəbul etməyib. Buna komandanın 3-cü liqaya yuvarlanması səbəb olub.
Tuğrul Erata Almaniya klublarında və Türkiyənin "Altınordu" komandasından təkliflər olduğu iddia edilir.