Millimizin sabiq üzvü Leroy Corcla eyni komandada oynaya bilər

21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşın Türkiyənin "Altınordu” klubundan ayrılması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Belə ki, PTT I Liqasında mübarizə aparan "Göztəpə” klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır.  İzmir təmsilçisinin baş məşqçisi Okan Buruk da futbolçunun transfer edilməsinə razılıq verib. Tərəflər arasında razılıq əldə olunsa, Timur növbəti mövsümdən "Göztəpə”nin uğurları üçün çalışacaq. 
 
Qeyd edək ki, "Qarabağ”ın sabiq futbolçusu Leroy Corc da "Göztəpə”nin şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right