"Atletiko" "Valensiya"ya məğlub oldu

"Atletiko" (Madrid) klubu İspaniya La Liqasında növbəti matçına çıxıb.

Newsport.az -ın məlumatına görə, Madrid təmsilçisi 7-ci turda səfərdə "Valensiya"nın qonağı olub.

Oyun "Land of Fire Azerbaijan" formalı komanda üçün uğursuz alınıb. Dieqo Simeonenin komandası "Valensiya"ya 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu nəticədən sonra "Atletiko" 14 xalla turnir cədvəlinin üçüncü pilləsində qalıb. Lakin Madrid klubunun ən yaxın yaxın izləyiciləri bu turda qələbə qazanacaqları təqdirdə "Atletiko" üçüncü pillədəki mövqeyini itirəcək.

 


4 oktyabr

İspaniya La Liqası, 7-ci tur

"Valensiya" - "Atletiko" (Madrid) - 3:1
Qollar:
 Miranda, 6-avtoqol (1:0), Andre Qomes, 7 (2:0), Nikolas Otamendi, 13 (3:0), Mario Mandzukiç, 29 (3:1)
Qırmızı vərəqə: Alessio Çerçi, 90+2 ("Atletiko")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right