“Barselona”da Arda Turanla bağlı qərar verildi

"Barselona”nın yarımmüdafiəçisi Arda Turanın taleyinə aydınlıq gəlib.
 Newsport.az-ın məlumatına görə, Türkiyə milli komandasının üzvü gələn mövsüm də Kataloniya klubunun formasını geyinəcək.

 Bunu İspaniya təmsilçisinin idman direktoru Robert Fernandes deyib. Klub rəsmisi bildirib ki, Ardadan komandanın aparıcı simalarından birinə çevrilməsini gözləyirlər: "Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdı”.
Qeyd edək ki, ötən ilin yayında "Atletiko”dan "Barselona”ya transfer edilən Arda Turanın klubla müqavilə müddəti 2020-ci ilə qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right