Türkiyə millisinin üzvü rəsmən İtaliya klubunda!

Türkiyə milli komandasının və "Fənərbaxça”nın futbolçusu Caner Erkinin yeni klubunun adına rəsmən ayınlıq gəlib. 
 

Newsport.az-ın məlumatına görə, 27  yaşlı futbolçu karyerasını İtaliyada davam etdirəcək. O, İtaliya A Seriyasında mübarizə aparan "İnter” klubu ilə münasibətlərini rəsmiləşdirib. Milan təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Caner Erkin karyerası ərzində "Manisaspor”, ÇSKA (Moskva), "Qalatasaray” və "Fənərbaxça” kimi komandalarda forma geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right