Cason Denayer və Əmrə Çolakın ardından "Qalatasaray”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi yarımmüdafiəçisi Hamit Altıntopla yollarını ayırıb. Uzun müddət zədədən əziyyət çəkən futbolçunun başa çatan müqailəsi yenilənməyib.
33 yaşlı futbolçunun karyerasını hansı komandada davam etdirəcəyi isə yaxın zamanlarda bəlli olacaq.
Qeyd edək ki, Hamit 2012-ci ildə Madridin "Real” klubundan "Qalatasaray”a cəlb olunmuşdu. Türkiyə milli komandasının sabiq üzvünün karyerası ərzində "Şalke” və "Bavariya” kimi klubların da şərəfini qoruduğunu diqqətinizə çatdıraq.