Braziliya milli komandasının üzvü, bir müddət "Qalatasaray”da forma geyinmiş Felipo Melo ilə bağlı maraqlı iddialar yayılıb.
Newsport.az-ın məlumatına görə, hazırda "İnter”də forma geyinən futbolçunun Türkiyənin "Beşiktaş” klubuna keçidi gündəmdədir.
"Beşiktaş”ın rəhbər şəxslərindən olan Candaş Tolqa Işık Melonun transfer edilməsi xəbərinə sosial şəbəkədəki hesabı vasitəsiylə münasibət bildirib. O, təcrübəli futbolçunun transferinin gündəmdə olmadığını bildirib: "Beşiktaş” klubu "Beşiktaş”lılar tərəfindən idarə olunacağı müddətdə Felipe Melo bu klubdan içəri girə bilməz”.
Qeyd edək ki, Melo sabiq klubu "Qalatasaray”a qayıtmaq niyyətindədir