Türkiyə millisinin üzvü Braziliya klubunda

Türkiyə milli komandasının futbolçusu, son olaraq Şotlandiyanın "Seltik” klubunun formasını geyinən Kolin Kazın Riçardsın yeni komandasının adına aydınlıq gəlib.

Newsport-ın məlumatına görə, "Qalatasaray” və "Fənərbaxça”nın sabiq üzvü Braziliya A Seriyasında mübarizə aparan "Koritiba” klubu ilə anlaşıb. 
 
Bu barədə klubun idman direktoru Valir Barbosa məlumat verib. Klub rəsmisi 29 yaşlı futbolçunun sabah Braziliyaya təşrif buyuracağını və yaxın günlərdə müqavilə imzalayacağını bildirib. O, Kazım məsələsində "Fənərbaxça”nın sabiq futbolçusu Aleks de Souzanın böyük əməyinin keçidiyini bildirib. Belə ki, klubun rəhbər şəxlərindən biri Alekslə Kazım haqqında görüş keçirdikdən sonra futbolçunun transfer edilməsinə razılıq verib. 
 
Qeyd edək ki, Kazım 2007-ci ildən Türkiyə milli komandasında forma geyinir. O, millinin heyətində 37 oyuna 2 qol vurmağı da bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right