Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim İspaniya mətbuatına ismarıc göndərib.
Newsport.az-ın məlumatına görə, "imperator” Türkiyə milli komandasının kapitanı və "Barselona”nın futbolçusu Arda Turanın tənqid olunmasına münasibət bildirib. O, Ardanın sahibsiz olmadığını vurğulayıb:
"Arda sahibsiz deyil. O, orada oynamasa belə, mən onu milli komandaya dəvət edərəm. Arda "Barselona”da bir ulduzdur. İspaniya mətbuatı əsassız olaraq onu sərt tənqid edir. Heç olmasa, özümüz ona sahib çıxaq. Ardaya əzab verməyə haqqımız yoxdur. "Barselona”da 6 ay məlum səbəbdən oynamasa da, mən onu bütüm vacib matçlarda meydana buraxdım”.