Sneyder millinin heyətindən kənarlaşdırıldı

"Qalatasaray”ın futbolçusu Uesli Sneyder Hollandiya millisinin heyətindən kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, buna onun zədəsi səbəb olub. 
 
Belə ki, hollandiyalıların çalışdırıcısı Denni Blind tərübəli futbolçunu qaşıdakı 3 yoxlama matçı üçün açıqladığı  ilkin 26 oyunçudan ibarət geniş heyətdən çıxarmalı olub. Ötən gün Türkiyə kubokunun final matçında "Fənərbaxça” ilə oyunda zədə alan futbolçu yoxlama matçlarında komandaya kömək edə bilməyəcək. 31 yaşlı futbolçunun komandası bu İrlandiya, iyunun 1-də Polşa, 4-dəisə Avstriya milli komandaları ilə üz-üzə gələcək. 
 
Qeyd edək ki, Sneyder indiyədək millinin heyətində 121 oyun keçirib və 29 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right