İbrahimoviçdən “Mançester Yunayted” açıqlaması

İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç gələcək karyerası haqqında danışıq. PSJ-dən ayrıldıqdan sonra adı İngiltərənin "Mançester Yunayted” klubu ilə hallanan təcrübəli hücumçu haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib: "Bu gün qəzetləri oxumamışam. Buna görə də, adımı hansı komanda ilə hallandırdığınızı bilmirəm. Hər yerdən təkliflər almışam. Həmin təkliflər arasında İtaliya və İngiltərə klublarının da adı var. Ancaq bu dəqiqə klub barədə düşünmürəm. Fikrimi Fransada təşkil olunacaq Avropa çempionatına yönəltmişəm”. 
Newsport.az-ın məlumatına görə34 yaşlı hücumçu "Mançester Yunayted”ə keçəcəyi gözlənilən Joze Mouirinyo ilə bağlı verilən suala da cavab verib. O, don Joze ilə tez-tez əlaqə saxladığını bildirib: "İnter”dən ayrıldıqdan sonra Mourinyo ilə hər gün danışırıq. Son həftələrdə onunla görüşmədiyimi desəm ağılsızlıq olar. Mənim fikrimcə, Mourinyo "Mançester Yunayted”də yaxşı işlər görə bilər. "Mançester Yunayted” uğur qazanmaq istəyirsə Mourinyonu baş məşqçi postuna gətirməlidir. Mou "Mançester Yunayted”i təkrar əvvəlki səviyyəsinə qaldıra bilər”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right