Fransanın "Nitsa” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Newsport.az-ın məlumatına görə, Nitsa təmsilçisi baş məşqçisi baş məşqçisi Klud Pyuellə yollarını ayırıb. Klubun rəsmi "twitter” səhifəsində yer alan məlumata görə 54 yaşlı mütəxəssisin müqaviləsinin vaxtı başa çatıb və onunla yeni müqavilə imzalanmayıb. 2012-ci ildən bu yana komandanın uğurları üçün çalışan mütəxəssis mövsüm başa çatan kimi komandanı tərk edib.
Artıq "Nitsa”nın yeni baş məşqçisinin adı da bəllidir. Fransa yüksək liqasında mübarizə aparan komanda isveçrəli Lusien Favreyə tapşırılıb. Arıtq tərəflər arasında rəsmi razılşma da əldə olunub. Ancaq mütəxəssisin müqaviləsi ilə bağlı hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, Almaniyada "Herta” və "Borussiya” (Münhenqladbax) kimi komandaları çalışdırmış Favrenin adı son olaraq Türkiyənin "Qalatasaray” klubu ilə birgə hallanırdı.