Türkiyə millisinin və Çinin "Pekin Qoyan” klubunun futbolçusu Burak Yılmaz haqqında yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, Çin mətbuatına açıqlama verən təcrübəli futbolçu adının Türkiyənin "Trabzonspor” klubu ilə birlikdə hallanmasına belə şərh verib: "Yalan söhbətlərdi. Sadəcə, Avropa çempionatında oynamaq üçün Türkiyəyə səfərə gedirəm. Fransada baş tutacaq çempionatdan sonra "Pekin Qoyan”a qayıdacam. Haqqımda yayılan xəbərlər doğru deyil”.
Burak həmçinin Pekin şəhəri haqqında danışıb. O, Çinin ən böyük şəhərlərindən birinə tədricən adaptasiya olduğunu bildirib: "Pekin çox gözəl şəhərdir. Şəhərdə bir yerə türk restoranına rast gəlmək olur. Burada türk yeməklər tapmaq üçün çox yer olsa daha yaxşı olar”.
Qeyd edək ki, Burak qış transfer dönəmində "Pekin Qoyan”a transfer olunub. O, zədəsi səbəbindən komandasına tam şəkildə kömək edə bilmir.