"Barselona" ilə daha 4 illik müqaviləm var. Mən bu komandada uzun müddətli layihənin tərkib hissəsiyəm".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Arda Turan deyib.
Ktaloniya klubunda əsas heyətə düşə bilməyən və bu səbəbdən də komandadan ayrılacağı deyilən Arda "Hürriyet"ə açıqlamasnda bunu yalan adlandırıb:
"Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir. Həyatım boyu pulu, karyeranı deyil, gənclərə örnək olmağı seçən bir insanam. Vaxtı gəldikdə milli komandadan da ayrılacağam. Siz mənə güvənin. Bilirsiniz ki, meydandakı problemləri həll edə bilirəm. Günün sonunda xatırlanacaq tək şey mənim "Barselona"da oynadığım gerçəyi, qazandığım kuboklar və əldə edəcəyim uğurlar olacaq".