Türkiyə milli komandasının sabiq üzvü – "Fənərbaxça”nın kapitanı alqışalayiq hərəkətlə yadda qalıb.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı qolkiper 2014-cü ilin may ayının 13-də "SOMA” kömür mədənində baş vermiş partlayışda dünyasını dəyişən şəxslərin bank borclarını ödəyib. Volkan həyat yoldaşı Zeynəb Dəmirəllə birgə 301 mədənçinin banka olan 940 min Türkiyə Lirəsi məbləğində kredit borclarının bir qismini ödəyib. Cütlük məbləğin qalan hissəsini isə "Fənərbaxça” futbolçularından yığaraq bütün borcları bağlayıb.