Fransada təşkil olunacaq Avropa Çepionatının finalr mərhələsi öncəsi yoxlama oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, bu gün baş tutan qarşılaşmada Avropa Çempionatının iki iştirakçısı – İngiltərə və Türkiyə milli komandaları üz-üzə gəlib. Mançester şəhərində yerləşən "Etihad Stadium”da reallaşan qarşılaşma İngiltərə millisiniin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sözügedən milli komandalar tarix ərzində 11 dəfə qarşılaşıb. Həmin qarşılaşmalarda 2 bərabərlik qeydə alındığı halda, 9 dəfə İngiltərə millisii qələbə qazanıb.
İngiltərə - Türkiyə 2-1
Qollar: Harri Keyn 3`, Ceymi Vardi 83` // Hakan Çalhanoğlu 14`.