Hal-hazırda Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsi öncəsi yoxlama matçlarında İngiltərə və Türkiyə milli komandaları üz-üzə gəlib. 1-1 hesablı bərabərliklə davam edən matçda İngiltərə milli komandasının vurduğu qol epizodunda oyundankənar vəziyyət qeydə alınıb. Belə ki, 3-cü dəqiqədə vurulan qolun müəllifi Harri Keyn oyundakənar vəziyyətdən fərqlənib.
Newsport.az-ın məlumatına görə, Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim qolun oyundankənar vəziyyətdən vurulmasını oyunun 4-cü hakimi Daniel Siebertə sübut edib. Matçın 21-ci dəqiqəsində Türkiyə milli komandasının üzvü Volkan Şən zədələnib. Yaranan fasilədən istifadə edən "ay ulduzlular”ın baş məşqçisi telefonu vasitəsiylə qolun oyundankənar vəziyyətdən vurulamısını dördüncü hakimə sübut edib.
