Türkiyə millisindən tarixi qol

Türkiyə milli komandası tarix ərzində ilk dəfə İngiltərə milli komandasının qapısından qol vurmağı bacarıb.

Newsport.az-ın məlumatına görə, hal-hazırda Mançesterdə İngiltərə və Türkiyə milli komandaları yoxlama oyununda üz-üzə gəlir. Matça İngiltərə milli komandası qolla başlayıb. 3-cü dəqiqədə Hari Keynin vurduğu qola Türkiyə milli komandası 14-cü dəqiqədə Hakan Çalhanoğlu ilə cavab verib. Bu qol Türkiyə milli komandasının İngiltərə yığmasının qapsına vurulan ilk qol kimi tarixə düşüb. 
 
Qeyd edək ki, İngiltərə və  Türkiyə milli  komandaları buna qədər 10 dəfə üz-üzə gəliblər. Komandalar arasında bundan əvvəl baş tutan 10 qarşılaşmanın 2-si bərabərliklə başa çatıb, 8 matçda isə ingilislər qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right