İtaliya kubokunun qalibi müəyyənləşdi

İtaliya kubokunda 2015/16 mövsümünün yeni qalibi müəyyənləşib. 
 

Newsport.az-ın məlumatına görə, final görüşündə "Milan” və "Yuventus” komandaları üz-üzə gəlib. 
 
"Stadio Olimpiko” stadionunda keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib. 0-0 hesabıyla bitən maçtda əlavə vaxta ehtiyac duyulub. Burada daha üstün olan "Yuvenstus” kuboka sahib çıxıb. 
 
Qeyd edək ki, "Yuventus” bu qələbə ilə tarixində 11-ci dəfə kuboku qazanıb. Turin təmsilçisi sonuncu dəfə ötən il bu uğura yiyələnmişdi. 

"Milan" - "Yuventus" - 0:1

Qol: Alvaro Morata, 110 (0:1)

Bununla da "Yuventus" 2015/2016 mövsümündə İtaliya kubokunun qalibi olub. Turin təmsilçisi bundan əvvəl A seriyasını birinci  pillədə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right