AVRO-2016: Portuqaliya Avropa çempionu oldu YENİLƏNİB

Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına bu gün yekun vurulub.

Newsport.az-ın məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Portuqaliya 5:4 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, bu komandalar  "Avro-2013" finalında qarşılaşıblar. Həmin vaxt Portuqaliya 2:1 hesabı ilə qalib gəlib.
 



21 may

Avropa çempionatı, final

20:00. Portuqaliya - İspaniya - 1:1 (Penaltilər seriyası - 5:4) 
Portuqaliya: + + + + +
İspaniya: + + + + -

Qollar: 
Dioqo Dalot, 27 (1:0), Brahim Diaz, 32 (1:1)
Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya)
"Bakcell Arena".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right