Türkiyə PTT I Liqasında çıxış edən "Altınordu” klubu Azərbaycan milli komandasının yarımmüdafiəçisi Toğrul Eratı rəngələrinə bağlaya bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mənbədə bildirilir ki, "Altınordu” hazırda Almaniyanın "Fortuna” klubunun II komandasında forma geyinən millimizin üzvünə rəsmi təklif göndərib. "Fortuna”dn ayrılmaq ərəfəsində olan futbolçunun bu təklifə hansı cavab verəcəyi isə hələlik bəlli deyil.
Qeyd edək ki, milli komandamızın digər üzvü Timur Təməltaş da "Altınordu”da çıxış edir.