“Qalatasaray”ın avrokubok həsrəti 2 ilə yüksələ bilər!

Türkiyənin "Qalatasaray” klubunun UEFA tərəfindən  1 illik avrokuboklardan kənarlaşdırılmasından xəbərdarsınız. İstanbul nəhəngi Super Liqada avrokuboklara vəsiqə verən yeri tutacağı təqdirdə növbəti mösümü buraxıb, digər mövsümdən avrokuboklarda oynamaq hüququna malik olacaqdı. 
 

Newsport.az-ın məlumatına görə, lakin "sarı qırmızı”lı komanda bu yolda işini çətinə salıb. Belə ki, İstanbul klubu nəinki növbəti mövsüm, hətta 2017/18 mövsümündə də avrokuboklarda iştirak etməyə bilər. Buna komandanın cari mövsüm Super Liqada avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaması səbəb olub. Türkiyə çempionatında ilk 5 yeri tutan komanda avrokuboklara vəsiqəni təmin edir ki, sonuncu - 5-ci yeri "Osmanlıspor” komandası tutub.İstanbullular bu yer uğrunda ankaralılara 1 xal fərqi ilə məğlub olub.   
 
Lakin "Qalatasaray”ın cəzadan canını növbəti qurtarmaq üçün şansı qalmaqdadır. "Cim Bom” Türkiyə kubokunun finalına yüksəlib ki, finalda əzəli rəqibi "Fənərbaxça”ya qalib gələ bilsə, kubokun qalibi kimi Avropa Liqasına vəsiqə qazanacaq və 1 illik cəzadan yaxa qurtaracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right