Son mövsümü Türkiyə PTT I Liqasında mübarizə aparan "Karşıyaka”nın heyətində keçirən Engin Baytarın yeni klubunun adı bəlli olub.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu karyerası Türkiyə PTT II Liqasında mübarizə aparan "Ərzurumspor” klubunda davam etdirəcək. 31 yaşlı yarımmüdafiəçi bu gün yeni klubu ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, Engin Baytar karyerası ərzində "Qalatasaray” və "Trabzonspor” kimi Türkiyənin nəhəng komandalarının formasını geyinib. Türkiyə millisinin heyətində 3 rəsmi oyunda forma geyinən Baytar, "Qalatasaray”ın heyətində Türkiyə çempionu olmağı bacarıb.