Burak Yılmaz Çini bir-birinə qatdı

Mövsümlərarası fasilədə Türkiyənin "Qalatasaray” klubundan Çinin "Pekin Quoan” klubuna transfer olunan Burak Yılmaz zədə səbəbindən uzun müddətddir ki, yaşıl meydanlardan kənarda qalıb. Türkiyə milli komandasının futbolçusunun zədəsini  nə vaxt sağaldacağı isə hələlik bəlli deyil.
 

Newsport.az-ın  Çin mətbuatına istinadən verdiyi məlumatlara görə,  Burak uzun müddət futbol oynaya bilməyəcək. Çinli həmkarlarımıza görə, Türkiyə millisinin forvardını Fransada təşkil olunacaq Avropa çempionatında oynamaq şansı  azdır.

 
Burakın uğursuz transferlər siyahısında yer alması isə Pekin təmsilçisinin prezidenti Ninq Luonun səbr kasasını doldurub. Beləki, klub prezidenti komandanın həkimi Yin Şuanqı işindən azad edib. Həmçinin Burakın transferində böyük əməyi keçən menecerin də yaxın günlərdə klubdakı işinə son veriləcəyi bildirilir.
 
Qeyd edək ki, Burak Yılmaz Pekin təmsilçisinin heyətində cəmi iki matçda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right