Arda və Nuri oynamayacaq

Türkiyə millisinin 3 futbolçusu "Avro-2016"ya hazırlıq çərçivəsində İngiltərəyə qarşı mayın 22-i keçiriləcək yoxlama oyununa iştirak etməyəcək.

Newsport.az-ın  məlumatına görə, millinin aparıcı oyunçuları Arda Turan, Nuri Şahin və Burak Yılmaz klublarındakı matçlara görə İngiltərə ilə görüşü buraxacaqlar.

"Barselona"nın yarımmüdafiəçisi A.Turan sözügedən qarşılaşma ilə eyni tarixdə keçiriləcək İspaniya kubokunun finalında "Sevilya" ilə görüş üçün heyətdə yer alacaq.

N.Şahin bir gün əvvəl "Borussiya" ilə Almaniya kubokunda "Bavariya"ya qarşı final oyununda meydanda olacaq.

"Pekin Quoan”ın şərəfini qoruyan B.Yılmaz isə mayın 22-də Çin Liqasında oyuna çıxacaq.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right