Bu gün 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında finaçlılar müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, eyni gündə keçiriləcək hər iki yarımfinal matçı “Dalğa Arena”da oynanılıb.
Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşıb. Bu görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Priney təmsilçisi finala adlayıb.
Digər qarşılşmada isə Almaniya və İspaniya milliləri üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn İspaniya finala vəsiqə qazanan ikinci komanda olub.
18 may
Avropa çempionatı, 1/2 final
20:00. Almaniya - İspaniya - 1:2
Qollar:Renat Dadaşov, 11 (1:0), Abel Ruiz, 64 (1:1), Brahim Diaz, 78 (1:2)
Qırmızı vərəqə: Bartels, 80+4 (Almaniya)
Baş hakim: Bartoş Frankovski (Polşa)
Köməkçi hakimlər: Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Ville Nevalaynen (Finlandiya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)
“Dalğa Arena”
15:00. Portuqaliya - Hollandiya - 2:0
Qollar: Joze Qomes, 25 (1:0), Dioqo Dalot, 56 (2:0)
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Köməkçi hakimlər: Balaş Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Qunnar Yarl Consson (İslandiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Ludovik Mikallef (Malta)
“Dalğa Arena”