Türkiyə kubokunun finalında "Qalatasaray” və "Fənərbaxça” komandaları üz-üzə gələcək.
Newsport.az-ın məlumatına görə, əzəli rəqiblərin dueli Azərbaycanda da canlı yayımlanacaq. Əldə etdiyimiz məlumata görə, İstanbul derbisi "CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Belə ki, "CBC Sport”un əməkdaşları maçtın keçiriləcəyi arenadan birbaşa canlı yayım təşkil edəcəklər.
Qeyd edək ki, sözügedən qarşılaşma mayın 26-da "Antaliya Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:15-də baş tutacaq.