Millimizin rəqibinin heyəti açıqlandı

"Avro-2016"nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığmasının heyəti açıqlanıb.

Newsport.az-ın Bolqarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Lyuboslav Penev Xorvatiya və Norveçlə oyunlar üçün 26 yaşlı futbolçuya dəvət göndərib.

Qeyd edək ki, oktyabrın 10-da evdə Xorvatiyanı qəbul edəcək Bolqarıstan millisi, 3 gün sonra səfərdə Norveçin qonağı olacaq.

 


Qapıçılar: Nikolay Mixaylov (“Mersin İdman Yurdu”, Türkiyə), Vladislav Stoyanov (“Ludoqorets”), Bojidar Mitrev (“Lokomotiv”, Sofiya)
 
Müdafiəçilər: Stanislav Manolev (“Dinamo”, Moskva), Petar Zanev (“Amkar”, Rusiya), Nikolay Bodurov (“Fulhem”, İngiltərə), Yordan Minev (“Ludoqorets”), Yordan Xristov (“Botev”), Apostol Popov (CSKA, Sofiya), İliya Milanov (“Liteks”), Veselin Minev (“Liteks”), Aleksandar Aleksandrov (“Ludoqorets”)
 
Yarımmüdafiəçilər: Georgi Milanov (CSKA, Rusiya), İvelin Popov (“Kuban”, Rusiya), Simeon Slavçev (“Sportinq”, Portuqaliya), Georgi İliev (“Şitszyaçjuan”, Çin), Svetoslav Dyakov (“Ludoqorets”), Vladimir Qadjev (“Levski”), Xristo Zlatinski (“Ludoqorets”), Mixail Aleksandrov (“Ludoqorets”), Aleksandar Tonev (“Seltik”, Şotlandiya), Todor Nedelev (“Maynz”, Almaniya)  
 
Hücumçular: İliyan Miçanski (“Karlsrue”, Almaniya), Emil Qarqarov (“Şitszyaçjuan”, Çin), Ventsislav Xristov (“Beroe”), Andrey Qalabinov (“Livorno”, İtaliya).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right