Türkiyənin "Antalyaspor” klubunun məşhur braziliyalı futbolçu Ronaldinyo ilə danışıqlar aparamsından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu ilə danışıqları "Antalyaspor”un hücumçusu, vaxtıyla "Barselona”da Raonaldinyo ilə çiyin-çiyinə forma geyinmiş Samuel Eto`O aparırı.
Antalya təmsilçisinin prezidenti Gültəkin Gəncər Türkiyə mətbuatına açıqlamasında Ronaldinyonun transferini hər an açıqlaya biləcəklərini deyib: "Ronaldinyodan 24 saat içində cavab gözləyirik. Eto`O ilə Meksikada transfer haqqında danışmışdılar. Birdə gördünüz ki, iki saat ərzində Ronaldinyonu transfer etdiyimizi açıqladıq”.
Qeyd edək ki, "Antalyaspor” 2015/16 mövsümünün əvvəlində də Ronaldinyonu rənglərinə bağlamaq istəmişdi. Amma "sambaçı” ölkəsinin "Fluminense” komandasına keçməyi üstün tutmuşdu.