Türkiyə II liqasında mübarizə aparan "Bandırmaspor” klubunun avtobusuna silahlı şəxslər tərəfindən hücum olunub.
Newsport.az-ın məlumatına görə, hadisə İstanbulda baş verib. Güngörəndə otellerin birində məskunlaşan klubun avtobusuna gecə bir qrup silahlı şəxs tərəfindən hücum olunub. Silahlılar klubun avtobusuna 6 ədəd güllə vurublar. Xoşbəxtlikdən avtobusun içərisində heç kim olmayıb.
Qeyd edək ki, "Bandırmaspor” bu gün pley-off matçlarında "İstanbulspor” klubunun qonağı olacaq.

