Hollandiyalı futbolçu “Qalatasaray”dan ayrılır

Qış transfer dönəmində böyük ümidlərlə "Kasımpaşa”dan transfer olunan Rayan Donkun "Qalatasaray”dakı taleyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görəgöstərdiyi oyunla "Qalatasaray” azarkeşlərində nifrət hissi oyadan hollandiyalı futbolçu yaxın günlərdə komandanı tərk edəcək. 
 
30 yaşlı yarımmüdafiəçinin yeni klubunun adı da artıq bəlli olub. Türkiyə mətbuatında yer alan məlumata görə, Donk Super Liqada mübarizə aparan "Akhisar” komandası ilə anlaşıb. İddiaya görə futbolçunun atası bir neçə gün əvvəl Manisaya gələrək transfer məsələsi haqqında "Akhisar” rəhbərliyi ilə  görüş  keçirib. 
 
Qeyd edək ki, Donk "Qalatasaray”ın heyətində 9 rəsmi oyunda forma geyinib və fərqlənməyi bacarmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right