"Fənərbaxça" Türkiyə kubokunun finalında qarşılaşacağı "Qalatasaray"la oyunöncəsi ciddi itki ilə üzləşib.
Newsport.az saytının məlumatına görə, komandanın qapıçısı Volkan Dəmirəl zədələnərək sıradan çıxıb.
Belində ağrılar hiss edən Volkanın əməliyyat olunacağı gözlənilir. Bu səbəbdən 34 yaşlı qolkiper superliqanın son turunda "Gənclərbirliyi" və kubokun finalında "Qalatasaray"la görüşlərdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu mayın 26-da keçiriləcək.