Ərsun Yanal növbəti dəfə Türkiyənin "Trabzonspor” komandasını çalışdıracaq.
Newsport.az saytının məlumatına görə, Yanal Super Liqanın XXXIII turunda "Antalyaspor”a acı məğlubiyyətdən sonra (7-0) istefaya göndərilən Hami Mandıralını əvəzləyəcək.
Artıq Trabzon təsmilçisi rəsmi saytı vasitəsiylə Ərsun Yanalla razılaşma əldə olunduğunu ictimaiyyətə çatdırıb. Məlumatda bildirilir ki, 54 yaşlı təcrübəli mütəxəssislə bu həftə ərzində rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Ərsun Yanal buna qədər 2 dəfə "Trabzonspor”u çalışdırıb. O, 2007-09 və 2014/15-ci illərdə komandanın uğurları üçün çalışıb.