17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin növbəti iki görüşünün hakim təyinatları açıqlanıb.
Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İspaniya – İngiltərə oyunu norveçli, İsveç - Hollandiya matçı isə finlandiyalı hakimlərə tapşırılıb.
Qeyd edək ki, hər iki oyun sabah, 8-ci km qəsəbə stadionunda keçiriləcək.
15 may
16:00. İspaniya – İngiltərə
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
Hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Mitya Zqaneç (Sloveniya)
8-ci km qəsəbə stadionu
20:00. İsveç – Hollandiya
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Hakimin köməkçiləri: Emmet Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Bartoş Frankovski (Polşa)
8-ci km qəsəbə stadionu