"Avro-2016": Hollandiya və İspaniya yarımfinalda YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət komandaların Bakıda keçirilən Avropa çempionatında 1/4 finala iki oyunla yekun vurulub.

Newsport.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında İspaniya və İngiltərə üz-üzə gəlib. 8-ci km qəsəbə stadionunda keçirilən oyun ispanların qələbəsi ilə başa çatıb. Bununla da prineylilər yarımfinala vəsiqə qazanıb. 

İspaniya millisi yarımfinalda rəqibi Hollandiya olub. Hollandlar bu gün İsveçə qalib gəliblər.

Digər yarımfinalda Portuqaliya Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatında yarımfinal oyunları mayın 18-də keçiriləcək.

 

15 may

Avropa çempionatı, yarımfinal oyunları

20:00. İsveç – Hollandiya - 0:1
Qol: 
Çonq, 62
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Hakimin köməkçiləri: Emmet Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Bartoş Frankovski (Polşa)
8-ci km qəsəbə stadionu

İspaniya – İngiltərə - 1:0
Qol:
 Qarsia, 11
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
Hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Mitya Zqaneç (Sloveniya)
8-ci km qəsəbə stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right