Prezident açıqladı: Ronaldinyo Türkiyə klubuna gəlir

Braziliya milli komandasının sabiq üzvü  Ronaldinyo yenidən Türkiyənin "Antalyaspor” klubunun gündəmindədir.

Newsport.az -ın məlumatına görə, 36 yaşlı futbolçu yeni mövsümün əvvəlindən "Antalyaspor” klubunun forasını geyinə bilər. 
 
Bu barədə Antalya təmsilçisinin prezidenti Gültəkin Gəncər məlumat verib. Klub prezidenti komandanın aparıcı hücumçusu Samuel Eto`Onun Ronaldinyo ilə danışıqlar apardığını bildirib: "Eto`O bu dəqiqə Meksikada Ronaldinyo ilı bir yerdədir. O, Antalyaya gəlmək istəyir. Türkiyədə top qovmağa razılıq verib. Biz ona müqavilə tklif etmişik. Əgər şərtlərimiz qəbul etsə, Eto`O onu Antalyaya gətirəcək”. 
 
Gəncər həmçinin növbəti mövsüm fərqli komanda formalaşdıracaqlarını da deyib: "Yeni mövsümdən etibarən çox güclü komanda olmaq istəyirik. Bu yolda önəmli işlərimiz var. Ən azından Ronaldinyo ilə danışıqlara başlamışıq. Digər transferlərimizi isə adlar bəlli olduqca açıqlayacam. Azarkeşlərimizin oyunundan zövq alacağı bir komanda yaradacağıq”.
 
Onu da bildirək ki, "Antalyaspor” mövsümün əvvəlində Ronaldinyo ilə danışıqlar aparmışdı. Amma ulduz futbolçu Braziliyanın "Fluminense” komandasına keçməyi üstün tutmuşdu.
 
Qeyd edək ki, Eto`O və Ronaldinyo ötən gün Meksikada təşkil olunan dostluq matçında eyni komandada forma geyiniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right