"Onlar qəhraman kimi döyüşdülər" - İtaliya millisinin baş məşqçisi

"Hər iki komanda yaxşı oynadı. Öz komandama görə təəssüf edirəm.Çünki onlar qəhraman kimi döyüşdülər. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Təşkilatçılığa gəlincə, hər şey yaxşı idi".

Newsport.az-ın məlumatına görəbu sözləri İtaliya millisinin 17 yaşılardan ibarət komandasının baş məşqçisi Aleksandro Dal Kanto deyib.

Çalışdırıcı İspaniyaya məğlubiyyəti şərh edərkən müdafiədə buraxdıqları kobud səhvləri qabardıb:

"Heyətdəki itkiləri bəhanə gətirmək istəmirəm. Komandam yaxşı çıxış etdi. Müdafiədə çox kobud səhvlərimiz oldu. Futbolda belə hallar tez-tez olur". 

İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right