“Fənərbaxça” çempionluq yolunda ağır zərbə aldı

Türkiyə Super Liqasının XXXII turu çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça” üçün uğursuz alınıb.

Newsport.az-ın məlumatına görə, marafonun sonuna 3 tur qalmış zirvədə qərarlaşan "Beşiktaş”dan 3 xal geri qalan "sarı bülbüllər” gözlənilmədən xal itirib. Səfərdə "İstanbul Başakşəhərspor”un qonağı olan Vitor Pereyranın komandası 2-1 hesabı ilə məğlub olub. Hesab 2-0 olan zaman "Fənərbaxça” penalti vurmaq şansı qazansa da, topa yaxınlaşan Van Persi zərbəni dəqiq yerinə yetirə bilməyib. 
 
Bu məğlubiyyət sayəsində "Fənərbaxça” sona iki tur qalmış əsas rəqibi "Beşiktaş”dan 6 xal geri qalıb. "Qara qartallar” son iki turda 1 xal qazanacağı təqdirdə çempionluğunu bayram edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right