"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Yuventus" üzərində 1:0 hesablı qələbəni şərh edib.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, rəqibin "Real" və "Barselona" səviyyəsində bir komanda olduğunu deyib:
"Güclü rəqibi məğlub etdik. Hər iki komanda daha çox müdafiədə oynadı. Kiçik nüanslar yekun nəticəyə təsir etdi".
Argentinalı mütəxəssis komandasının qələbə qolunu vuran Arda Turan haqda da danışıb: "Arda bizim üçün xüsusi futbolçudur. O, çox ağıllıdır. Arda taktikanı tez qavrayan oyunçudur. O, cinahda oynayan futbolçuların hücuma qoşulması üçün əla ötürmələr verir" - deyə D.Simeone bildirib.