"Borussiya" (Dortmund) klubunun futbolçusu Çiro İmmobile Çempionlar Liqasında favorit gördüyü komandaların adlarını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, "goal.com"a danışan italiyalı futbolçu "Real" (Madrid) və PSJ-nin ÇL-in əsas favoritləri olduğunu bildirib:
"Çempionlar Liqasında işlərimiz yolunda gedir. "Anderlext"ə səfərdə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün çox önəmli idi. İlk hədəfimiz qrup səddini keçməkdir. Pley-off mərhələsində oynamalıyıq. Məncə, "Real" və PSJ Çempionlar Liqasının əsas favoritləridir. Hər iki komanda bu mövsüm əla futbol nümayiş etdirir".