Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" klubu bu gün Hollandiya çempionatında mövsümün ilk matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Enshede təmsilçisi səfərdə "Kambur"un qonağı olub.
"Tvente" Bakı vaxtı ilə saat 22:45-də başlayan matç 1:1 hesabı ilə başa çatıb
Qeyd edək ki, "Qarabağ" və "Tvente" komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Hollandiyada keçiriləcək.
9 avqust
Hollandiya çempionatı, I tur
22:45. "Kambur" - "Tvente" - 1:1 (YENİLƏNİR)
Qollar: Rusnak, 14 (1:0), Mostar, 88 (1:1)