“Barselona”nın futbolçusu Xavi Hernandez karyerasında yeni rekorda imza atıb.
Newsport.az-ın məlumatına görə, ÇL-ın qrup mərhələsində PSJ ilə oyunun 69-ci dəqiqəsində meydana çıxan ispaniyalı yarımmüdafiəçi sözügedən turnirdə ən çox oyun keçirən Raul Qonzalesin rekordunu qırıb.
PSJ-yə 2:3 hesabı ilə məğlub olduqları qarşılaşma 34 yaşlı futbolçunun ÇL-da 143-cü oyunu olub. R.Qonzales isə 142 dəfə bu turnirdə forma geyib.
1998-ci ildə Lui Van Qalın rəhbərliyi altında ÇL-da debüt edən təcrübəli pleymeyker daha əvvəl Paolo Maldini (140), İker Kasilyas (141) və Rayan Giggzi də (141) geridə qoyub.