Azərbaycanda çoxlu azarkeşləri olan "Qalatasaray" və "Beşiktaş" klubları bir gün ara ilə Londonda "Arsenal" və Totenxem" klubları ilə qarşılaşacaq.
Newsport.az xəbər verir ki, türk komandaları Avropa liqalarında indiyə kimi 67 dəfə İngilis klubları ilə qarşılaşıb. Keçirilən 67 oyunun 17-ni türklər, 32-ni isə ingilislər qazanıbsa onlar arasında 18 oyunda bərabərlik qeydə alınıb. Türklərin 57 qoluna isə ingilislər 106 qolla cavab verib.
Ən böyük hesablı nəticə isə "Liverpul"-"Beşiktaş" oyununda yaşanıb. Belə ki, "Liverpul" "Beşiktaş"ı 8 cavabsız top ilə məğlub etməyi bacarıb. Türklərdən isə ən böyük hesablı qələbə isə "Bursaspor" UEFA İnter Toto kubokunda "Uinbildonu" 4:0 hesabı ilə məğlub edib.