"Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyun öncəsi fikirlərini bildirib.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:
"Yuventus"a hörmət etməliyik. Çünki güclü futbolçuları olan bir komandadır. Öz meydanımızda oynayacağımız üçün bizə daha rahat olacaq. Sona qədər mübarizə aparacağıq. Həddimizi bilirik. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Final kimi oyun olacaq".
Qeyd edək ki, "Atletiko" - "Yuventus" matçı sabah keçiriləcək.