Terror təhlükəsi səbəbi ilə Türkiyə Super Liqasının XXVI turundan təxirə salınan "Qalatasaray” – "Fənərbaxça” matçı ötən gün baş tutub. Bakı vaxtı ilə saat 20:30-da baş tutan qarşılaşma bərabərliklə başa çatıb. Maraqla gözlənilən İstanbul derbisində qapılara qol vurulmayıb.
Newsport.az-ın məlumatına görə, sözgedən qarşılaşmada ən çox tənqidə məruz qalan futbolçu "Qalatasaray”ın futbolçusu Sabri Sarıoğlu olub. Təxminən 1 aya yaxındır zədədən əziyyət çəkən futbolçu matçın 62-cı dəqiqəsində Emre Çolakın əvəzinə meydana daxil olub. Əvəzlənmə zamanı Sabrinin həddindən çox kökəlməsi diqqətdən yayınmayıb. Məhz bu hadisədən sonra "Qalatasaray”lı futbolçular şəxsi sosial şəbəkə hesabları vasitəsilə Sabrini tənqid atəşinə tutublar.
Qeyd edək ki, Sabri karyerasını "Qalatsaray”a həsr edib. 31 yaşlı futbolçu 2003-cü ildən İstanbul klubunun uğurları üçün çalışır.
