Ərsun Yanal istefa verdi

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verib.

Newsport.az-ın məlumatına görə, bu barədə 52 yaşlı mütəxəssisin özü "Anadolu" agentliyinə açıqlamasında deyib:

"Fənərbaxça"nı  çempion etmiş məşqçi olaraq hazırkı şəraitində işimi davam etdirməyim mümkün deyil. Burada mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Ə.Yanalın istefasına klubun prezidenti Ə.Yıldırımla arasındakı gərginlik səbəb olub. Ə.Yıldırım baş məşqçinin komandanı yeni mövsüm üçün yaxşı hazırlaşdırmamasından şikayətlənib. Bundan sonra isə Ə.Yanal klubdan ayrılmağa qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right