Almaniya millisinin sabiq futbolçusu Ditmar Haman maraqlı fikirləri ilə diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, "goal.com"a danışan Haman Robert Levandovskinin "Bavariya"ya uyğun futbolçu olmadığını bildirib:
"Məncə, Levandovski "Borussiya"da sərgilədiyi oyunu "Bavariya"da nümayiş etdirə bilməyəcək. Çünki o, "Bavariya"ya uyğun futbolçu deyil".
Qeyd edək ki, polşalı futbolçu "Bavariya"da keçirdiyi 7 oyunda cəmi 2 qol vurub.